...

TuranBank Beynəlxalq Maliyyə Korporasiyası ilə növbəti layihəyə start verdi

İqtisadiyyat Materials 19 Aprel 2023 15:22 (UTC +04:00)

Bakı. Trend:

Nüfuzlu beynəlxalq maliyyə qurumları ilə fəal əməkdaşlıq edən TuranBank və Beynəlxalq Maliyyə Korporasiyası arasında kənd təsərrüfatı kreditləşməsi sahəsində Bankın bilik və təcrübələrinin daha da inkişaf etdirilməsi məqsədilə yeni saziş imzalanmışdır.

Layihə çərçivəsində Beynəlxalq Maliyyə Korporasiyası yeni kənd təsərrüfatı kredit məhsullarının hazırlanmasında Banka dəstək göstərəcək. Hazırlanacaq məhsul konsepsiyalarını müzakirə etmək və dəyər zəncirində iştirak edən aqrobizneslərin ehtiyaclarına uyğunlaşdırmaq üçün Beynəlxalq Maliyyə Korposasiyası məhsul istehsalçılarının iştirak edəcəyi Dəyirmi Masa müzakirəsi təşkil edəcək. Bundan başqa layihə çərçivəsində Bankın kənd təsərrüfatı kredit portfelinin keyfiyyətinin təmin edilməsi və mütəxəssislərinin kredit anderraytinq biliklərinin artırılması istiqamətində müvafiq mövzularda təlimlər təşkil ediləcək.

Layihənin icrası regionlarda kənd təsərrüfatı kreditləşmə imkanlarının genişləndirilməsi, kənd təsərrüfatı kreditlərinə çıxışın artırılması və bu sahədə qabaqcıl təcrübələrin tətbiq edilməsi istiqamətində Bankın apardığı işlərin nəticələrinə müsbət təsir göstərəcək.

Xarici maliyyə qurumları ilə əməkdaşlığa xüsusi önəm verən TuranBank 10 ildən çox müddətdir ki, Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlıq edir.

TuranBank-ın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı 935 Çağrı Mərkəzinə zəng edərək, TuranBank-ın rəsmi veb səhifəsini https://bit.ly/3fUQtbQ və ya sosial şəbəkələrdəki səhifələrini izləyərək əldə edə bilərsiniz.

TuranBank

Bizimlə etibarlıdır...

IFC haqqında ətraflı məlumat üçün zəhmət olmasa, bu keçidə daxil olun: www.ifc.org

Məqalədə:
Xəbər lenti

Xəbər lenti