...

Qlobal iqtisadi dəyişikliklər Azərbaycana mühüm təsir göstərmədi - Taleh Kazımov (FOTO)

İqtisadiyyat Materials 3 May 2023 11:34 (UTC +04:00)
Qlobal iqtisadi dəyişikliklər Azərbaycana mühüm təsir göstərmədi - Taleh Kazımov (FOTO)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Qlobal iqtisadi dəyişikliklər Azərbaycan iqtisadiyyatına mühüm təsir göstərmədi.

Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) idarə heyətinin sədri Taleh Kazımov uçot dərəcələrinin parametrlərindəki dəyişikliklərə həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, dünyanın iki böyük bankının bağlanması bütünlükdə maliyyə sektoruna, xüsusilə onun investisiya cəlb etmə imkanlarına mənfi təsir göstərir.

"Əlbəttə, Azərbaycan dünya iqtisadiyyatının bir hissəsidir, lakin bu amillər bizim iqtisadiyyatımıza hər hansı təsir göstərməyib", - o deyib.

T.Kazımov həmçinin qeyd edib ki, dünyada inflyasiyanın azalmasına baxmayaraq, qlobal iqtisadiyyat şoklar yaşamağa davam edir.

"Beynəlxalq təşkilatların proqnozlarına görə, dünyada inflyasiya baza ssenarisinə yalnız 2025-ci ildə qayıdacaq", - o əlavə edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti