...

Azərbaycana idxal olunan avtomobillərin sayı 6,5 min ədəd artıb

İqtisadiyyat Materials 24 May 2023 11:55 (UTC +04:00)
Azərbaycana idxal olunan avtomobillərin sayı 6,5 min ədəd artıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin yanvar-aprel aylarında Azərbaycan 29 855 avtomobil idxal edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 27,82 faiz və ya 6499 ədəd çoxdur.

Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycan Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, idxalın əsas hissəsi, yəni 27589 ədəd maşın minik avtomobillərinin payına düşüb ki, bu da 2022-ci ilin yanvar-aprel aylarının göstəricisindən 27,88 faiz və ya 6015 ədəd çoxdur. O cümlədən 10 nəfər və ya daha çox adam tutumu olan 55 avtomobil, 568 elektrik avtomobili və 4474 hibrid avtomobil idxal edilib.

Hibrid avtomobillərin idxalı 2022-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 7,65 faiz və ya 318 ədəd artıb.

İdxal olunmuş yük avtomobillərinin sayı il ərzində 42,8 faiz artaraq 2 061-ə çatıb.

İdxal olunan avtomobillərin dəyəri 32,15 faiz və ya 139,23 milyon dollar artaraq 433,147 milyon dollara yaxın olub.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycan 433,147 min avtomobil idxal edib ki, bu da 2021-ci illə müqayisədə 18,22 faiz və ya 16,617 min ədəd azdır. Ötən il idxal olunan avtomobillərin sayı 13,1 faiz artaraq təqribən 1,058 milyard dollara çatıb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti