...

2022-ci ildə Azərbaycanın iqtisadi artımı qeyri-neft sektorunun hesabına təmin olunub - Hesablama Palatası

İqtisadiyyat Materials 27 May 2023 09:54 (UTC +04:00)
2022-ci ildə Azərbaycanın iqtisadi artımı qeyri-neft sektorunun hesabına təmin olunub -  Hesablama Palatası
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ildə Azərbaycan iqtisadiyyatındakı artım qeyri-neft sektorunun hesabına təmin olunub.

Trend bu barədə çərşənbə günü Hesablama Palatasına istinadən xəbər verir.

Palatanın məlumatına görə, qeyri-neft sektorunda artım bu sektor üzrə dövlət büdcəsinin gəlirlərinin artmasına şərait yaradıb.

"Dünya iqtisadiyyatında da olduğu kimi, Azərbaycan iqtisadiyyatının təkanverici qüvvəsi daxili istehlak və investisiyalar olub. Dünya bazarında enerji daşıyıclarının qiymətlərində artım ölkəmizin iqtisadiyyatının bütün makroblokları ilə əlaqəli olub, dövlət büdcəsində xarici valyutada gəlirlərdə artım isə milli valyutada aktivlərə qənaətlə gətirib çıxarıb. Həmçinin ödəniş balansına əsasən, ötən il rezerv valyutada artım qeydə alınıb. 2022-ci ildə qlobalmiqyasda inflyasiyanın sürətlənməsi Azərbaycana da toxunub. Ölkəmizə inflyasiya əsasən idxal olunub və son bir neçə il ərzindəki ən yüksək göstəriciyə çatıb", - Hesablama Palatasının məlumatında deyilir.

Belə ki, ötən il Azərbaycan iqtisadiyyatında artım 4,6 faiz olub.

"2022-ci ildə neft və qaz qiymətlərində 2021-ci illə müqayisədə mühüm artım ÜDM-də neft-qaz və qeyri-neft-qaz sektorlarının xüsusi çəkisinin dəyişməsinə gətirib çıxarıb. Beləliklə, ÜDM-də neft-qaz sektorunun payı 47,8 faizədək artıb, qeyri-neft-qaz sektorunun payı isə 52,2 faiz olub", - məlumatda deyilir.

Həmçinin qeyd edilib ki, iqtisadi artıma tamamilə qeyri-neft-qaz sektorunun hesabına nail olunub.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti