Bakı. Trend:
2023-cü ilin aprel ayında Türkiyənin İqtisadi Əməkdaşlıq Təşkilatı (D-8) ölkələrinə ixracı 2022-ci ilin eyni ayı ilə müqayisədə 34,4 faiz azalaraq 622,6 milyon dollar olub.
Trend-in məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Məlumata əsasən bu ilin yanvar–aprel ayında, D-8 ölkələrinə ixracı, keçən ilin analoji dövri ilə müqasisədə, 29 faiz azalaraq, 2,7 milyard dollar olub.
“Bu ilin aprel ayında Türkiyənin D-8 ölkələrindən idxalı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 12,6 faiz azalaraq 966,4 milyon dollar təşkil edib” –deyə nazirlikdən bildiriblər.
2023-cü ilin yanvar-aprel aylarında Türkiyənin D-8 ölkələrindən idxalı keçən ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz azalaraq 4,3 milyard dollar təşkil edib.
Qeyd olunub ki, 2023-cü ilin aprel ayında Türkiyənin xarici ticarət dövriyyəsi azalaraq 47 milyard 440 milyon dollara bərabər olub.
Nazirlikdən qeyd edilib ki, Türkiyənin ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 17,1 faiz azalaraq 19 milyard 331 milyon dollara, idxalı isə 4,8 faiz zalaraq 28 milyard 69 milyon dollara çatıb.
Bu ilin yanvar-aprel ayında Türkiyənin xarici ticarət dövriyyəsi 205 milyar 187 milyon dollar təşkil edib.
Məlumata əsasən, bu ilin birinci rübündə, Türkiyənin xaricə ixracatı keçən ilin eyni rübü ilə müqayisədə 3 faiz azalaraq 80 milyard 869 milyon dollar, idxalı isə eyni dövrlə müqayisədə 7,1 faiz artaraq 124 milyard 318 milyon dollar təşkil edib.