...

Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılması ticari münasibətlərin inkişafına kömək edəcək - Aleksandr Manilov

İqtisadiyyat Materials 8 İyun 2023 16:32 (UTC +04:00)
Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılması ticari münasibətlərin inkişafına kömək edəcək - Aleksandr Manilov
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılması regionun bütün dövlətlərinə ticari münasibətləri yoluna qoymaq imkanı verəcək.

Trend cümə axşamı xəbər verir ki, bunu jurnalistlərə Sərhəd Qoşunlarının Komandanları Şurasının sədr müavini - Koordinasiya Xidmətinin sədri general-polkovnik Aleksandr Manilov deyib.

"Bununla əlaqədar olaraq ticarət yoluna qoyulacaq, insanlar arasında ünsiyyət olacaq", - o deyib.

Qeyd edək ki, iclas iştirakçıları MDB-yə üzv dövlətlərin xarici sərhədlərindəki vəziyyəti, MDB ölkələrinin Sərhəd Qoşunlarının Komandanları Şurasının 87-ci iclasının təşkili məsələsini və gündəlik layihəsini müzakirə ediblər. Həmçinin tədbirin gündəliyinə əsasən digər məsələlər üzrə də fikir mübadiləsi aparılıb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti