Bakı. Trend:
Mərkəzi Bank və Asiya İnkişaf Bankı arasında əməkdaşlıq müzakirə edilib.
Trend-in məlumatına görə, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov "Twitter" səhifəsində bildirib.
"Dünən Mərkəzi Bankda ölkəmizdə səfərdə olan Asiya İnkişaf Bankının (AİB) İcraçı direktoru Rachel Thompsonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdük.
Görüş zamanı Azərbaycan Mərkəzi Bankı və AİB arasında əməkdaşlığın cari vəziyyətini və gələcək inkişaf istiqamətlərini müzakirə etdik", - T.Kazımov yazıb.