Bakı. Trend:
"FINCA Azerbaijan" son 25 ildə Azərbaycanda ümumi dəyəri 1,3 milyard dollardan yuxarı olmaqla bir milyondan çox kredit ayırıb.
Trend cümə günü xəbər verir ki, bunu "FINCA Azerbaijan"ın baş direktoru Timoti Tarrant mətbuat konfransında deyib.
"Biz daima kənd yerlərindəki sahibkarlar və ev təsərrüfatları ilə işləməyə xüsusi diqqət ayırmışıq. Bu indi də davam edir. Əsasən bu müştərilərə maliyyə xidmətlərinin göstərilməsinə fokuslanmağa davam edirik. 600 000-dən çox müştəriyə xidmət göstərmişik. Biz onlara bizneslərini genişləndirmək, mal-qaralarının sayını artırmaq, daha çox məhsul yetişdirmək və daha çox insanı işə götürmək imkanı vermişik. 600 000-dən çox insanın həyat səviyyəsini yüksəltməsinə, özlərinin və ailələrinin həyatlarını yaxşılaşdırmalarına kömək etməklə maliyyə xidmətlərinə daha geniş çıxış imkanı təmin etmişik. Biz artıq 25 ildən çoxdur ki, Azərbaycan bazarında mikromaliyyə xidmətlərinin ən böyük və aparıcı təminatçısı olaraq fəaliyyət göstəririk", - o deyib.
(Tərcümə: Rəna Əbdürəhmanova)