Bakı. Trend:
Azərbaycanda inflyasiya hədəfi 4 faizdir.
Trend-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.
O qeyd edib ki, çox aşağı inflyasiya iqtisadi inkişafa mane olur. “İnflyasiya olmalıdır ki, iqtisadiyyat inkişaf etsin. İnflyasiyanın olmaması da iqtisadiyyat üçün pisdir. Bizim inflyasiya hədəfimiz 4 faizdir”, - deyə o əlavə edib.