...

"FINCA Azerbaijan" 2023-2024-cü illərdə yerləşdiriləcək istiqrazların həcminin daha da artacağını proqnozlaşdırır

İqtisadiyyat Materials 23 İyun 2023 15:27 (UTC +04:00)
"FINCA Azerbaijan" 2023-2024-cü illərdə yerləşdiriləcək istiqrazların həcminin daha da artacağını proqnozlaşdırır
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

"FINCA Azerbaijan" 2023-2024-cü illərdə yerləşdiriləcək istiqrazların həcminin daha da artacağını proqnozlaşdırır.

Trend cümə günü xəbər verir ki, bunu "FINCA Azerbaijan"ın baş direktoru Timoti Tarrant mətbuat konfransında deyib.

"Son iki il ərzində "FINCA Azerbaijan" Bakı Fond Birjasında müvəffəqiyyətlə dörd yeni istiqraz yerləşdirib və 12 milyon manat cəlb edib. Son iki il ərzində istiqrazlar təkcə "Finca"nın aşağı gəlir səviyyəsinə malik sahibkarları maliyyələşdirməsinə kömək etmir, həm də yerli investorlara öz pullarını yetərincə gəlirli, etibarlı və böyüməkdə olan təşkilata yatırmaq imkanı verir. Maliyyə resursları ilə yanaşı bizim personalımız, öz komandamız var", - o deyib.

Timoti Tarrant qeyd edib ki, istiqrazların uğurla yerləşdirilməsi investorların "FINCA Azerbaijan"a etimadını və şirkətin maliyyə dayanıqlılığından əminliyini təsdiqləyir.

"Bu əlavə kapital "Finca"nın öz fəaliyyətini genişləndirməsinə və əlçatan maliyyə həllərinə ehtiyacı olan yerli sahibkarları dəstəkləməyə davam etməsinə imkan verir", - o deyib.

Baş direktor "FINCA Azerbaijan"ın uzunmüddətli perspektivdə müştərilərinin və investorların ehtiyaclarına cavab vermək üçün bundan sonra innovativ maliyyə məhsulları və xidmətləri təklif edəcəyini vurğulayıb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti