Bakı.Trend:
Bu ilin I yarımilində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 3270,7 milyon manat olub.
Trend-in məlumatına görə, bunu bu gün DSMF sədri Himalay Məmişov 2023-cü ilin 1-ci yarımilliyinin hesabatına dair keçirilən mətbuat konfransı zamanı deyib.
“Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,6 faiz, yəni 465 milyon manat çox olub”,- deyə o bildirib.
