...

“Azəri-Mərkəzi-Şərqi” platformasının üst modulu əməliyyat yerinə yola salınıb

İqtisadiyyat Materials 7 Avqust 2023 15:38 (UTC +04:00)
“Azəri-Mərkəzi-Şərqi” platformasının üst modulu əməliyyat yerinə yola salınıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunda tikilən "Azəri Mərkəzi Şərqi” (ACE) platformasının üst modulu “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “STB-1” barjına yüklənərək dənizdəki əməliyyat yerinə çatdırılması üçün yola salınıb.

Trend xəbər verir ki, bu barədə ASCO məlumat yayıb

Barj xüsusi yedək gəmilərinin müşaiyəti ilə təyinat məntəqəsinə göndərilib.

ACE platformasının üst modulunun çəkisi 19600 ton, hündürlüyü 36 metrdir.

Qeyd edək ki, "Azəri Mərkəzi Şərqi" layihəsində istismar olunması üçün ASCO-nun "STB-1" barjında ötən il zəruri modifikasiya işləri aparılıb. Barjın tələb olunan dərəcə üzrə sertifikasiyası yenilənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti