...

Gələn il dövlət büdcəsi 36 milyard manatdan çox olacaq

İqtisadiyyat Materials 21 Sentyabr 2023 13:46 (UTC +04:00)

Bakı. Trend:

2024-cü ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 33 milyard 765 milyon manat, xərclərinin isə 36 milyard 355 milyon manat olacağı gözlənilir.

Trend bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bunlar 2023-cü ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 0,4% və 0,7% azdır. Son nəticədə dövlət büdcəsində 2 milyard 590 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 5,3% azdır.

Xəbər lenti

Xəbər lenti