...

2023-cü ilin büdcə gəlirləri 10 faizdən çox artıb

İqtisadiyyat Materials 23 Sentyabr 2023 17:14 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin ötən dövründə xarici ticarət balansının əhəmiyyətli həcmdə müsbət saldosunun yaranması, xarici borcun azalması və büdcə gəlirlərinin yüksək icrası əldə olunmuş çox müsbət nəticələr kimi dəyərləndirilib.

Trend xəbər verir ki, bu barədə 2024-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, həmçinin, Azərbaycan Respublikasının 2024-cü il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinin müzakirəsinə həsr olunmuş Nazirlər Kabinetinin geniş iclasında deyilib.

Bildirilib ki, bütün bunlar nəticəsində 2023-cü ilin dövlət büdcəsinə yenidən baxılıb və büdcə gəlirləri 3.1 mlrd. manat və ya 10.1%, büdcə xərcləri isə 3.3 mlrd. manat və ya 9.8% artıb.

Xəbər lenti

Xəbər lenti