...

Pakistanın Türkiyədən hazır geyim idxalı 5 milyon dollara çatıb

İqtisadiyyat Materials 27 Noyabr 2023 12:25 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə 2023-cü ilin yanvar-oktyabr aylarında Pakistana hazır geyim məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 41,4 faiz azaldaraq 5 milyon dollara çatdırıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Oktyabr ayında Türkiyə Pakistana hazır geyim məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 17,6 faiz artıraraq 577,4 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8,3 faiz azalaraq, 16,4 milyard dollara bərabər olub.

Bu ilin oktyabr ayında Türkiyə 1,5 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 12 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2022-oktyabr 2023) Türkiyə 30,3 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti