...

Azərbaycan nefti bahalaşdı

İqtisadiyyat Materials 19 Mart 2024 09:20 (UTC +04:00)
Azərbaycan nefti bahalaşdı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,83 ABŞ dolları, yaxud 0,95% artaraq, 88,53 ABŞ dolları təşkil edib.

Trend xəbər verir ki, “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 86,73 ABŞ dolları olub.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti