...

Özbəkistanda 200 azərbayanlı sahibkar fəaliyyət göstərir - Məmməd Musayev

İqtisadiyyat Materials 21 May 2024 16:48 (UTC +04:00)
Özbəkistanda 200 azərbayanlı sahibkar fəaliyyət göstərir - Məmməd Musayev
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Quba. Trend:

Özbəkistanda fəaliyyət göstərən azərbayanlı sahibkarların sayı 200-dür.

Trend xəbər verir ki, bu barədə bu gün Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev Qubada keçirilən Özbəkistan-Azərbaycan İşgüzar Şurasının 4-cü iclasında deyib.

"Səylərimizi ölkələrimizdə sahibkarların sayını artırmağa yönəltməliyik və bunun üçün böyük perspektivlərimiz var", - o deyib.

M.Musayevin sözlərinə görə, ötən il Azərbaycan və Özbəkistan arasında əmtəə dövriyyəsi 178,8 milyon ABŞ dolları olub. O, Azərbaycan və Özbəkistanın əmtəə dövriyyəsinin səviyyəsini artırmalı olduğunu qeyd edib.

"Ölkələrimiz arasında əməkdaşlıq sahələrini, xüsusən sənaye istehsalı, bank sektoru və s. sahələri genişləndirməliyik. Bunun üçün böyük imkanlar, o cümlədən müvafiq biznes mühiti mövcuddur", - o deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti