Bakı. Trend:
2024-cü ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq 1,7 milyon manatdan çox olub.
Trend bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Qeyd edilib ki, hyəmin dövrdə icbari tibbi sığorta haqları üzrə daxilolmalar 2023-cü ilin eyni dövrünə nisbətən 22,2 faiz artıb və 11,4 milyon manat təşkil edib.