...

Pərviz Şahbazov Böyük Britaniyanın Azərbaycana yatırdığı investisiyaların həcmini açıqlayıb

İqtisadiyyat Materials 12 İyun 2024 20:08 (UTC +04:00)
Pərviz Şahbazov Böyük Britaniyanın Azərbaycana yatırdığı investisiyaların həcmini açıqlayıb
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniya ümumi sərmayələri 35,9 milyard dollardan çox olmaqla Azərbaycanda ən böyük xarici investordur.

Trend xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Bakıda Böyük Britaniya kralı III Çarlzın rəsmi ad günü münasibətilə keçirilən tədbirdə deyib.

"Böyük Britaniya həmişə strateji tərəfdaş olub və investisiyalar və enerji sektoruna dəstək olaraq ölkənin inkişafında mühüm rol oynayıb. Böyük Britaniya ümumi sərmayəsi 35,9 milyard dollardan çox olmaqla ölkəmizdə ən böyük xarici investordur. Əməkdaşlığımızın əhatə dairəsi genişləndikcə investisiyalar və ticarət dövriyyəsi artır. Bu ilin ilk üç ayında ticarət dövriyyəsi 16 faiz artıb", - nazir deyib.

O həmçinin, Azərbaycanla Böyük Britaniya arasında enerji sektorunda uzunmüddətli və məhsuldar əməkdaşlığın qlobal enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığını vurğulayıb.

"İki ölkə arasında 1994-cü ildə “Əsrin Müqaviləsi” çərçivəsində başlanmış enerji əməkdaşlığı irimiqyaslı layihələrimizin uğurunu, “Cənub Qaz Dəhlizi” ölkəmizin bütün Avropanın enerji təchizatçısı statusunu təmin edib. bp ilə Azəri-Çıraq-Günəşlidən başlayan əməkdaşlığımızın 30-cu ildönümündə Mərkəzi Şərqi Azəri yatağında hasilata başlanması bizim daha bir nailiyyətimizdir", - Şahbazov əlavə edib.

(Tərcümə: Gülnarə Kərimova)

Xəbər lenti

Xəbər lenti