Bakı. Trend:
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa (NKA) aparatları üzrə dövriyyə 17 milyard 976 milyon manat təşkil edib.
Trend İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11 % çox deməkdir.
Bildirilib ki, bu il noyabrın 1-nə qədər ölkədə 102 205 yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb.
"Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb", - məlumatda qeyd olunub.