...

"ACWA Power" Azərbaycanda su qaynaqlarınının çeşidləndirilməsi ilə bağlı xüsusi layihə planlaşdırır (ÖZƏL)

İqtisadiyyat Materials 18 Fevral 2025 12:52 (UTC +04:00)
"ACWA Power" Azərbaycanda su qaynaqlarınının çeşidləndirilməsi ilə bağlı xüsusi layihə planlaşdırır (ÖZƏL)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

İqlim dəyişikliyinə qarşı Azərbaycanda daha strateji, daha güclü su qaynaqlarını çeşidləndirməklə bağlı bir layihə planlaşdırırıq.

Bu sözləri Trend-ə özəl açıqlamasında "ACWA Power" şirkətinin Azərbaycan və Türkiyə üzrə direktoru Selim Güven deyib.

O bildirib ki, "ACWA Power" həm də dünyanın ən böyük özəl su duzsuzlaşdırılması sahəsində fəaliyyət göstərən şirkətlərindəndir:

"Bu istiqamətdə Azərbaycanın müvafiq qurumları ilə danışıqlar aparırıq. İqlim dəyişikliyinə qarşı Azərbaycanda daha strateji, daha güclü su qaynaqlarını çeşidləndirməklə bağlı bir layihə planlaşdırırıq".

"Eyni zamanda "yaşıl dəhliz"lə bağlı da müəyyən planlarımız var. Burada qarşıya qoyulan "yaşıl hədəf"lərə ən qısa zamanada nail olunması üçün dəstək göstərməyə çalışırıq", - deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti