...

Xəzərdə "Offshore Wind" layihəsini nəzərdən keçiririk - "ACWA Power" rəsmisi

İqtisadiyyat Materials 18 Fevral 2025 15:09 (UTC +04:00)
Xəzərdə "Offshore Wind" layihəsini nəzərdən keçiririk - "ACWA Power" rəsmisi
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın liderlik etdiyi və strateji layihələrdən biri "yaşıl dəhliz"dir. Bu dəhlizlə Azərbaycan neft və qazla yanaşı, "yaşıl enerji"sini də Avropaya tədarük edə biləcək.

Trend xəbər verir ki, bu sözləri "ACWA Power" şirkətinin Azərbaycan və Türkiyə üzrə direktoru Selim Güven bu gün "Xızı–Abşeron" Külək Elektrik Stansiyasına təşkil edilən mediatur zamanı deyib.

O bildirib ki, layihə çərçivəsində Azərbaycandan Avropaya və eyni zamanda Qazaxıstan, Özbəkistandan Azərbaycana koridorlar da planlaşdırılır: "Həmçinin, Naxçıvandan Türkiyəyə enerji koridoru açılması nəzərdə tutulur. Layihə çərçivəsindəki kanallar, koridorlar bu bölgədəki zəngin, təbii və bərpa oluna bilən enerji qaynaqlarını Avropaya və digər bazarlara çatdırmaq məqsədini daşıyır".

"Bu işlər çərçivəsində Xəzər dənizində külək enerjisi potensialını həyata keçirmək üçün "Offshore Wind" adlı bir layihəni də nəzərdən keçiririk. Bu layihə ilə bağlı fəaliyyətimizi davam etdiririk. Hazırda bununla bağlı Azərbaycanda müvafiq qurumlarla danışıqlar aparırıq", - deyə S. Güven vurğulayıb.

Xəbər lenti

Xəbər lenti