Bakı. Trend:
"Azərbaycan Dəmir Yolları" QSC qarlı-şaxtalı hava şəraitində 60 minə yaxın sərnişini rahat və təhlükəsiz mənzil başına çatdırıb.
Bu barədə Trend-ə ADY-dən bildirilib.
Belə ki, 21, 22, 23 fevral tarixlərində:
- 43 600 sərnişin Abşeron dairəvi,
- 3604 sərnişin Bakı–Ağstafa–Bakı,
- 787 sərnişin Bakı–Balakən–Bakı,
- 729 sərnişin Bakı–Qəbələ–Bakı marşrutu üzrə səfər edib.
Həmçinin 24 fevral reysləri (Abşeron dairəvi, Balakən-Bakı, Bakı-Ağstafa-Bakı) ilə 11 037 sərnişin daşınıb.