...

Nəqliyyat və anbar təsərrüfatı sahəsinə investisiya qoyuluşu azalıb

İqtisadiyyat Materials 18 Mart 2025 12:06 (UTC +04:00)
Nəqliyyat və anbar təsərrüfatı sahəsinə investisiya qoyuluşu azalıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda nəqliyyat və anbar təsərrüfatı sahəsində əsas kapitala 531,9 milyon manat investisiya yönəldilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 440,5 milyon manat və ya 45,3% azdır.

Belə ki, ötən ilin yanvar-fevral aylarında ölkədə nəqliyyat və anbar təsərrüfatı sahəsində əsas kapitala 972,4 milyon manat investisiya yönəldilmişdi.

Bu sahə üzrə əsas kapitala yönəldilmiş investisiyaların yekunda xüsusi çəkisi 26,5%-ə bərabər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti