Bakı. Trend:
Cari ilin fevral ayının sonuna olan məlumata görə, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycandakı layihə portfelini 1,086 milyard avroya çatdırıb və bu məbləğ 33 layihəni əhatə edir.
Trend bu barədə AYİB-ə istinadən xəbər verir.
Məlumata görə, AYİB-in bu layihələrdə iştirak payı 1% təşkil edir, əməliyyat aktivləri isə 757 milyon avro dəyərində qiymətləndirilir.
Portfelin ümumi həcmində özəl sektorun payı 36%-dir.
Dayanıqlı infrastruktur AYİB-in ölkədəki fəaliyyətində əsas prioritet istiqamətlərdən biri olaraq qalır və bu sahəyə 994 milyon avrodan çox investisiya qoyulub. Qalan aktivlər isə maliyyə institutları və korporativ sektor arasında bölüşdürülüb.
AYİB Azərbaycanda fəaliyyətə başladığı vaxtdan bəri ölkə iqtisadiyyatına ümumilikdə 4,064 milyard avro həcmində investisiya yatırıb.