...

Gəncə avtomobil zavodu Azərbaycanda xüsusi servis mərkəzi açacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Sentyabr 2007 15:30 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Əliyev/ Gəncə avtomobil zavodu müəssisədə istehsal olunan məhsullara xidmət məqsədilə Azərbaycanın regionlarında xüsusi servis mərkəzləri açmağı qərara alıb. Bu barədə Gəncə avtomobil zavodunun direktoru Xanlar Fətiyev məlumat verib.

Birinci üç mərkəz Şamaxı, Şəki və Ucarda açılacq. Ümumilikdə 14 mərkəz açılacaq.

"Hazırda müəssisədə "Belarus" traktorları yığılır. Onların dəyəri 13 min-35 min manat arasında dəyişir. Zavod həmçinin "MAZ" avtomobillərinin yığılmasına tam hazırdır" - deyə Fətiyev bildirib.

Minsk avtomobil və Minsk traktor zavodlarının istehsalı olan yük avtomobilləri və traktorların Azərbaycanda yığılması və satışına dair müqavilə 2006-cı il noyabr ayının sonlarında Minskdə imzalanıb.

Yığılma 15 min kvadrat metrlik ərazidə həyata keçirilir.

Gəncə zavodu Azərbaycanda ildə 1000-ə yaxın yük maşını və 2000 traktor yığmaq iqtidarındadır.

Xəbər lenti

Xəbər lenti