...

"Unileasing" şirkəti mininci obyektini maliyyələşdirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Noyabr 2007 12:13 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend U.İsmaylova/ Azərbaycanın iri lizinq şirkətlərindən biri olan "UniLeasing" mininci lizinq obyektinin maliyyələşdirilməsini həyata keçirib. Bu barədə şirkətin bazar ertəsi yaydığı məlumatda bildirilir.

"Daşınmaz əmlakın maliyyə lizinqi" layihəsi çərçivəsində "UniLeasing" restoran kompleksinin maliyyələşdirilməsini həyata keçirib ki, bu da yerli bazarda fəaliyyətə başladığı müddətdən bu günə qədər şirkət tərəfindən maliyyələşdirilən mininci obyekt olub.

2004-2007-ci illər ərzində şirkət tərəfindən lizinqə verilən obyektlərin ümumi dəyəri 38 mln. manatdan çox təşkil edib. Lizinqə verilmiş obyektlər üzrə orta faiz dərəcəsi - 19.4%, orta müddət - 38, 43 ay təşkil edir.

"UniLeasing" QSC 1,8 mln. manat ödənilmiş nizamnamə kapitalına malikdir. Şirkətin səhmdarı 33, 33 faiz səhm payı ilə Avropa Yenidənqurma və İnkişaf Bankıdır.

Xəbər lenti

Xəbər lenti