...

Xorvatiya və Azərbaycan biznesin inkişafını müzakirə edəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Dekabr 2007 19:29 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir A.Bədəlova/ AZPROMO-nun məlumatında bildirilir ki, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyilə, Xorvatiyadan olan nümayəndə heyəti 15 Azərbaycan şirkəti ilə görüşlər keçirəcək.

2007-ci il dekabrın 11 -də Xorvatiya Respuklikasının İxrac Təşviqi Agentliyinin direktoru və Xorvatiya Respublikasının Turkiyədəki səfirliyinin nümayəndəsinin başçılığı ilə 5 xorvat şirkətindən ibarət nümayəndə heyəti Azərbaycana gəlib.

2007-ci il oktyabr 3-də Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiçin Azərbaycan Respublikasına rəsmi səfərin çərçivəsində keçirilən Azərbaycan-Xorvatiya biznes- forumundan sonra, bir neçə xorvat şirkəti Azərbaycanda fəaliyyət göstərməyə hazır olduqlarını bildiriblər.

Xəbər lenti

Xəbər lenti