...

Azərbaycanın çörək kombinatı özəlləşdirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Dekabr 2007 15:52 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Xəlilova / Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin məlumatında bildirilir ki, komitə "Göyçay-çörək" ASC-nin pul hərracı vasitəsilə reallaşmayan səhmlərinin 30%-ni satış üzrə investisiya müsabiqəsinə çıxarıb. Müsabiqə təkliflərinin qiymətləndirilməsi yanvarın 31-də baş tutacaq, yanvarın 29-na qədər iddiaçılar özəlləşdirmə planı ilə tanış ola və iştirak ərizələrini təqdim edə bilərlər.

Təkliflər zərfinə çörək və çörək məhsullarının istehsalı və satışının təşkilini nəzərdə tutan investisiya proqramı da daxil olmalıdır. Təkliflər dövlət büdcəsinə 25 min manat vəsaitin ayırlmasını da nəzərdə tutur. İddiaçılar niyyətlərinin ciddi olmasını təsdiq etmək üçün istənilən bankın 8 min manat həcmində təminat məktubunu təqdim etməlidirlər.

2007-ci il dekabrın 1-nə olan məlumata görə, "Göyçay-çörək" müəssisəsinin nizamnamə kapitalı 484 467 manat təşkil edir. Müsəssisə istismara 1980-ci ildə verilib, heyəti 17 nəfərdən ibarətdir. ASC-nin öhdəlikəri 2680 manat təşkil edir. Bu məbləğin 1 197 manatı mal, xidmət, 1 83 manatı məvaciblərin payına düşür. Müəssisənin debitor borcu 70 manatdır.

Xəbər lenti

Xəbər lenti