...

Bakı Banklararası Valyuta Birjası yanvarın 9-na olan ticarət sessiyalarının nəticələrini açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Yanvar 2008 19:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 yanvar/ Trend / Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət sessiyalarının nəticələrinə görə, 09 yanvar tarixdə USD/AZN ortaölçülü məzənnəsi hər ABŞ dollarına görə 0,8453 AZN təşkil edib. Bu barədə birjanın çərşənbə günü yayılan məlumatında bildirilib.

BEST sistemində keçirilən səhər sessiyasının açılış məzənnəsi hər ABŞ dollarına görə 0,8453 AZN təşkil edib. USD/AZN T+0 aləti üzrə qeydə alınan əqdlərin həcmi 929 830 AZN təşkil edib. Sessiyanın yekunlarına görə. manatın orta məzənnəsi dollara nisbətən dəyişilməz qalıb.

BEST-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə bağlanılan banklararası əqdlərin həcmi 2 426 011 AZN təşkil edib. Gündüz sessiyasının nəticələrinə görə, manatın orta məzənnəsi dollara nisbətən 0,8453 AZN təşkil edib.

Beləliklə. hər iki sessiyanın nəticələrinə görə, ümumi həcm USD/AZN aləti üzrə $3 970 000 ABŞ dolları və ya 3 355 841 AZN təşkil edib. Orta hesabla. hər sövdələşmənin payına 992 500 ABŞ dolları düşür.

Qeyd edək ki, USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığı şəraitdə dilerlər tərəfindən əqdlər bağlanılmayıb. AVRO və Rus Rublu üzrə sifarişlər banklar tərəfindən BEST sisteminə daxil edilməyib.

BEST sistemində fəalliyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakIBOR indeksi manat vəsaitləri üzrə illik 15,44%, ABŞ dolları üzrə isə illik 16,06% təşkil edib.

Gün ərzində banklar arasında həcmi 600 000 AZN müddəti 7 gün təşkil edən əqd qeydə alınıb. Banklararası kreditlər üzrə faiz dərəcəsi illik 13,00% təşkil edib.

Xəbər lenti

Xəbər lenti