...

Azərbaycan ÜTT-ə daxil olmağın dəqiq vaxtını qabaqcadan deyə bilməz -nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Fevral 2008 17:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 fevral/ Trend , müxbir Ü.İsmayılova/Azərbaycan ÜTT-ə daxil olmağın dəqiq vaxtını deyə bilməz. Bu barədə cümə axşamı Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev məlumat verib.

"ÜTT-ə daxil olmaq Azərbaycandan deyil, danışıqların gedişindən asılıdır", - nazir bildirib.

Nazir martda İşçi Qrupu danışıqlarının beşinci raundunun keçirilməsinin planlaşdırıldığını bildirib. Bundan əlavə, Azərbaycan ÜTT-ə üzv ölkələrlə dörd ikitərəfli danışıqların keçirilməsinə hazırdır.

İndiyədək Azərbaycan ÜTT ilə dörd görüş keçirib. Birinci iki görüş xarici ticarət rejimi məsələlərinin müzakirəsinə həsr edilib. 2005-ci ildən başlayaraq, ölkə sonuncu iki görüşdə tammiqyaslı danışıqlara başlayıb. İkitərəfli danışıqlar Azərbaycanın mal və xidmətlər bazarına çıxış məsələləri, çoxtərəfli danışıqlar isə, kənd təsərrrüfatı və bu sahədəki ixrac subsidiyalarının dəstəklənməsi məsələləri üzrə aparılır.

"ABŞ və Avropa komissiyası Azərbaycanın ÜTT-ə inkişafda olan ölkə kimi daxil olmasına razı olmasa da, biz sonadək buna təkid edəcəyik", - nazir bildirib.

ABŞ və Avropa komissiyası Azərbaycanın təşkilatın tərkibinə inkişaf etmiş ölkə kimi qəbul edilməsinin lehinə çıxış edirlər. Azərbaycan isə bununla razılaşmır;verilən güzəştlərin səviyyəsi ölkənin statusundan asılıdır.

Azərbaycan 1997-ci ildən ÜTT-də müşahidəçi statusunda təmsil olunur.

Xəbər lenti

Xəbər lenti