Azərbaycan, Bakı, 17 mart/ " Rusiyanın "Krasnoe Sormovo" gəmi tikintisi zavodunda Palmali gəmiçilik şirkəti üçün 19619 layihəli üçüncü tanker suya buraxılıb. Gəmi "Agsu" adlandırılıb. İki tanker - "Masalli" və "Agdash", 2007-ci ilin payızında, müqavilə müddətindən əvvəl sifarişçiyə verilib. Palmali şirkəti üçün müəssisədə ümumilkdə beş belə tanker tikəcəklər.
Dedveyti 13500 ton olan tanker xam neft və neft məhsullarının daşınması üçün nəzərdə tutulub, qəza vəziyyətində neftin axmasının qarşısını alan ikiqat örtüyə malikdir. Gəmi ümumi həcmi 14770 kubm olan 12 yük tankı və bir durulducu tanka malikdir, eyni vaxtda iki növ neft məhsulu daşıya bilər.
Texniki xüsusiyyətləri - uzunluğu 152 m, eni 17,30 m, bortunun hündürlüyü - 10,5 m, suya otruması - 6,99 m, tam yüklü vəziyyətdə hərəkət surəti - 10 dəniz milidir. Ekipaj 21 nəfərdən ibarətdir və limana daxil olmadan 20 gün dənizdə ola bilər. Bu gün üçün 19619 layihəli tanker Xəzərdə istənilən limana daxil ola və Volqa-Baltik nəqliyyat sistemi ilə digər dənizlərə çıxa bilən ən iri gəmidir.
Palmali üçün tankerlərdə sifarişçi tərəfindən gəminin tikilməsi zamanı irəli sürülmüş bir sıra təkmilləşdirmə işləri həyata keçirilib. Bu təkmilləşdirmə işləri neft və neft məhsullarının yüklənmə sistemi, yük tanklarının örtüyü, avtomatika və naviqasiya sistemi ilə bağlıdır. Təkmilləşdirmə göyərtə yük avadanlığına da Aid edilib ki, bu da yalnız Xəzər dənizinin deyil, müxtəlif limanlarda iş zamanı onun funksionallığını artırıb.
Sifarişçinin təklifi üzrə baza layihəsi 2007-ci ildə suya buraxılmış gəmilərdə "Masalli" və "Agdash"-da, üçüncü gəmi "Agsu"-da əhəmiyyətli dərəcədə dəyişdirilib. Yeni müqavilələr üzrə tikiləcək gəmilərdə isə, daha bir sıra yeniliklər reallaşdırılacaq ki, bu da, gəminin öz sinfində təkcə Xəzər üçün deyil, digər dənizlər üçün də unikallığından danışmağa əsas verir.
Palmali Şirkətlər Qrupu daxili su və dəniz yolları ilə daşınmalar həyata keçirən iri gəmiçilik şirkətidir. Şirkət Rusiya Federasiyasının bayrağı altında üzən gəmiləri idarə edir və neft, neft məhsulları, duru yağlar, quru və strateji yüklərin daşınmasında zəngin təcrübəyə malikdir.