Azərbaycan, Bakı, 02 aprel / Trend / Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev ölkənin bir sıra bölgələrinin səhiyyə idarələri rəhbərlərini vəzifələrindən azad edib.
Nazirin göstərişinə görə, Sabirabad, Quba, Qusar rayonları səhiyyə idarələrinin rəhbərləri işdən azad olunub, onların Biləsuvar və Neftçala rayonlarındakı həmkarlarına isə, şiddətli töhmət verilib.
Şirəliyev qeyd edib ki, 5 saylı doğum evinin baş həkimi Fərəh Qurbanova öz xahişilə vəzifəsindən azad olunub.