...

BBVB avro ilə maliyyə alətləri üzrə komissiya haqlarını azaldır

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Aprel 2008 17:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 aprel/ " müxbir İ.Xəlilova/ Mütəşəkkil avro bazarının davamlı inkişafı məqsədilə,BBVB(Bakı Banklararası Valyuta Birjası) EUR/AZN TOD VƏ EUR/AZN TOM maliyyə alətləri üzrə komissiya haqqını 25% endirir. Bu haqda bazar ertəsi birjadan məlumat veriblər.

BBVB rəhbərliyi tərəfindən qəbul edilmış qərara əsasən, Birja Elektron Ticarət Sistemində (BEST) həmin alətlər üzrə bankların bagladıqları əqdlərin komissiya haqqı 0,03 faiz təşkil edəcək. Əvvəl vahid Avropa valyutası ilə çevrilmə əməliyyatının hər birindən tutulan komissiya haqqı 0,04 faizə bərabər olub. Yeni müəyyən edilmış komissiya haqqının ölçüsü 2008-ci il 8 aprel tarixindən qüvvəyə minəcək.

Reqlamentə əsasən, aprelin 3-də komissiya ölçüsünün dəyişilməsi haqda rəsmi bildirişlər, eləcə də EUR/AZN TOD VƏ EUR/AZN TOM maliyyə alətlərinə aid təfsilatlı spesifikasiyalar BBVB valyuta bölməsinin üzvü olan bank rəhbərlərinə göndərilib.

Bir qədər əvvəl BBVB Deutche Bank-(Frankfurt)-la avroda hesablaşma hesabının açılmasına dair sənədləri imzalayıb ki, bu da avro valyutası daxili bazarının inkişafı ilə bağlı bir addımdır. Qeyd edək ki, otən il 2006-cı illə müqayisədə EUR-un banklararası bazarı 2,84 dəfə artıb, yəni manat ekvivalentilə 114 milyondan 324 milyona çatıb. Həmçinin, EUR seqmentinin artım templəri banklararası valyuta bazarının artım trendini 11,5 dəfə ötüb. Avro ilə aparılan banklararası əməliyyatlarının payı, müvafiq olaraq, il ərzində 4,05 faizdən 9,92 faizə qədər yüksəlib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti