...

Azərbaycanın daşınmaz əmlak bazarında qiymətlər 10 dəfə artıb – "Əmlak bazarı iştirakçıları" İctimai Birliyinin sədri ilə müsahibə

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Aprel 2008 11:10 (UTC +04:00)
Azərbaycanın daşınmaz əmlak bazarında qiymətlər 10 dəfə artıb – "Əmlak bazarı iştirakçıları" İctimai Birliyinin sədri ilə müsahibə

Azərbaycan, Bakı, 18 aprel / " müxbir U.İsmayılova/ Azərbaycanın daşınmaz əmlak bazarı Sovet İttifaqının dağılmasından dərhal sonra müvəqqəti durğunluq hiss etməyə başladı. 1995-ci ildən ölkədə bu bazarın fəallığı artmağa başladı və artıq bu gün Bakıda 20-22 mərtəbəli evlər tikilir. Son illər tikinti sektorunun inkişafı böyük xarici sərmayələrin axınına səbəb olub.

"Əmlak bazarı iştirakçıları" İctimai Birliyinin sədri Elman Əsədov ilə Trend ın müsahibəsi.

- Azərbaycanın hazırkı daşınmaz əmlak bazarını necə qiymətləndirirsiniz?

- Azərbaycanın daşınmaz əmlak bazarı dinamik inkişaf edir. Ölkədə yaşayış evlərinin qiymət artımı buna sübutdur. Yaxın bir neçə ildə bu dinamika olduğu kimi qalacaq. Son altı ildə bazarda yaşayış evlərinin qiyməti 10 dəfə artıb. Misal üçün, əgər 2002-ci ildə Bakının Əhmədli qəsəbəsində bir otaqlı mənzili 6 min dollara almaq olardısa, bu gün bu rayonda 50 min. dollardan aşağı bir otaqlı mənzil yoxdur.

- Tikinti bazarının ümumi inkişafı ölkə regionlarında necə əks olunur?

- Regionlarda fəallıq 2005-ci ildən Azərbaycan regionlarında əhalinin vəziyyətinin yaxşılaşmasına səbəb olan sosial-iqtisadi inkişaf üzrə Dövlət Proqramı çərçivəsində iri layihələrin reallaşdarılmasından sonra başlayıb. Regionlarda ilkin bazara maraq yoxdur. Çünki əhali təsərrüfatla məşğul olmaq üçün torpaq sahəsi olan şəxsi evlərdə yaşamağı üstün tutur. Regtonlarda bu bazarın fəallığının artmasına səbəb olan amillərdən biri də, turizmin inkişafıdır. Bəzi regionlarda, məsəl üçün Gəncədə daşınmaz əmlak qiymətləri təxminən Bakıdakı qiymətlərlə eynidir ki, bu da yaxın rayonlardan əhalinin bu şəhərə axını ilə əlaqədardır.

- Avqust ayında Bakıda tikilməkdə olan 16 mərtəbəli binanın uçması bazarın fəallığına nə dərəcədə təsir göstərdi?

- Avqust hadisəsindən sonra daşınmaz əmlakın ilkin bazarının fəallığı 30 faizdən çox aşağı düşdü. Bazarda təkliflərin əhəmiyyətli dərəcədə artmasına baxmayaraq, tələbat azaldı. Düşünürəm ki, bu inamsızlıq dövrü hələ bir müddət davam edəcək. Təkrar bazarda isə hər şey əksinədir. İnsanlar daha çox məhz bu bazara müraciət etməyə başlayıblar.

- Bazarda onun əsas seqmenti üzrə orta qiymətlər necədir?

- Mart ayında yaşayış evlərinin ilkin bazarında orta qiymət 5 faiz azalaraq bir kvadrat metr üçün 1076 dollar təşkil edib. Təkrar bazarda isə bir kvadrat metrin orta qiyməti ay ərzində 9,1 faiz artaraq 1638 dollar təşkil edib. Torpaq bazarında orta qiymət ay ərzində 3,4 faiz artıb və bir sot üçün 23,8 min dollar təşkil edib. Yanvar-mart ayları ərzində daşınmaz əmlak bazarında qiymətlər orta hesabla 10-12 faiz artıb, cari ilin sonuna qədər isə 16-18 faiz artım proqnozlaşdırılır. Bazarda fəallıq ilin sonunadək 25 faiz artacaq.

- Son vaxtlar daşınmaz əmlak uzunmüddətli kredit şərtləri ilə satılır və bu, bazara necə təsir göstərir?

- Bazarda təklif olunan güzəştli kreditlər əhali üçün faydalıdır. Məlumdur ki, hamı mənzilin dəyərini tam olaraq dərhal ödəmək imkanında deyil. Hazırda əhaliyə 25 ilə qədər kreditlər təklif olunur. Tikinti şirkətləri öz aralarında rəqabət aparırlar, nəticədə isə udan tərəf təlabatçılar olur.

- Bir çox ölkələrdə "aldadılmış pay sahibləri"nin sayı artır, Azərbaycanda belə hadisəyə rast gəlinibmi?

- Bu günə qədər Azərbaycanda belə hadisə olmayıb. Azərbaycanda yeni tikililər üzrə daşınmaz əmlak alıcılarının qarşılaşdığı yeganə problem mənzilin vaxtında təhvil verilməməsidir. Bu məsələ ilə bağlı hələ ki, məhkəmələrə müraciət olunmayıb. Mənzillərin gec istifadəyə verilməsinin səbəbi bilavasitə tikinti işləri ilə bağlı deyil, bu telekommunikasiya xəttəlrin çəkiləmsi ilə əlaqədardır.

- Azərbaycan bazarında tikinti materiallarının təxminən 60 faizi idxal olunur. Bu, daşınmaz əmlakın maya dəyərinə necə təsir göstərir?

- Tikinti materialları daşınmaz əmlak qiymətlərinin artmasına səbəb olan əsas amillərdən biridir. Yaxşı olardı ki, şirkətlər yaşayış binalarını istehsal etdikləri mateiallarla inşa etsinlər. Lakin bu cür istehsalatın təşkil edilməsi üçün böyük xərclər tələb olunur. Azərbaycanda cəmi bir neçə şirkət bunu həyata keçrə bilər.

- Yerli tikinti materialları keyfiyyətinə görə idxal olunan materiallarla ayaqlaşırmı?

- Yerli tikinti materialları keyfiyyətinə görə, idxal olunan materiallar ilə ayaqlaşmır. Ölkənin tikinti sektorunda problem keyfiyyətlə bağlı deyil, onun düzgün istifadə olunmaması ilə bağlıdır. Ötən ilin avqustunda binanın uçmasından sonra hökumət bu istiqamətdə tədbirləri gücləndirdi. Əgər əvvəllər tikinti yerlərində tikinti materialları ayda bir-iki dəfə yoxlanılırdısa, indi, istifadə olunan tikinti materiallarının keyfiyyəti daha müntəzəm şəkilədə yoxlanılır.

-Azərbaycanın daşınmaz əmlak bazarında kadr potensialı ilə bağlı işlər nə yerdədir?

- Azərbaycanın daşınmaz əmlak bazarı ixtisaslaşmış kadrlara böyük ehtiyac duyur. Tikinti sahələrində işləyən işçilərin demək olar ki, əksəriyyəti pul qazanmaq üçün rayonlardan paytaxta gələn və tikinti işlərinə heç bir aidiyyatı olmayan insanlardır. Düşünürəm ki, bu problemi ixtisaslaşdırılmış təlim mərkəzlərinin açılması, işçilərin lisenziyalaşdırlıması ilə həll etmək olardı. Belə olan halda bədbəxt hadisələrdən sığortalanmaq olardı. Baxmayaraq ki, ötən il ilə müqayisədə cari ilin birinci rübündə ölüm hadisələrinin sayı 25 faiz azalıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti