...

Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyun 2008 12:52 (UTC +04:00)
Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Azərbaycan, Bakı, 09 iyun / Trend , müxbir İ.Xəlilova / Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Milli Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə olan rəsmi məzənnəsi 0,0008 bənd möhkəmlənib (0,08 faiz). Orta məzənnə 1 ABŞ dollarına 0,82014 manat səviyyəsində müəyyən olunub.

Manata münasibətdə dolların maksimum məzənnəsi iyunun 5-də 1 ABŞ dolları üçün 0,8209 manat, minimum isə iyunun 6-da 1 ABŞ dollarına 0,8193 manat müəyyən olunub.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi
26 may 0,8225 2 iyun 0,8201
27 may 0,8218 3 iyun 0,82
28 may - 4 iyun 0,8204
29 may 0,8235 5 iyun 0,8209
30 may 0,8248 6 iyun 0,8193
Həftə ərzində orta 0,82315 Həftə ərzində orta 0,82014

Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası valyuta birjasının alış-verişi nəticəsində birja məzənnəsi 0,0047 bənd (0,47 faiz) aşağı düşüb. Orta məzənnə 1 ABŞ dollarına 0,81764 manat səviyyədə müəyyən olunub.

Dolların manata münasibətdə maksimum məzənnəsi iyunun 4-də 1 ABŞ dollarına 0,8195 manat, minimum isə iyunun 6-da 1 ABŞ dollarına 0,8146 manat müəyyən olunub.

Ötən həftə BEST-də həmin gün valytulaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): 2 iyun 0,8193 AZN/USD məzənnəsi ilə $13,2 mln., 3 iyun 0,8191 AZN/USD məzənnəsi ilə $12,015 mln., 4 iyun 0,8195 AZN/USD məzənnəsi ilə $12,31 mln., 5 iyun 0,8157 AZN/USD məzənnəsi ilə $143,749 mln., 6 iyun 0,8146 AZN/USD məzənnəsi ilə $101,7 mln.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi
26 may 0,8225 2 iyun 0,8201
27 may 0,8218 3 iyun 0,82
28 may - 4 iyun 0,8204
29 may 0,8235 5 iyun 0,8209
30 may 0,8248 6 iyun 0,8193
Həftə ərzində orta 0,82315 Həftə ərzində orta 0,82014
ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi
26 may 0,8221 2 iyun 0,8193
27 may 0,8214 3 iyun 0,8191
28 may - 4 iyun 0,8195
29 may 0,8229 5 iyun 0,8157
30 may 0,8242 6 iyun 0,8146
Həftə ərzində orta 0,82265 Həftə ərzində orta 0,81764

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN və BEST bankları tərəfindən sifarişlər təqdim olunmayıb.

EUR/AZN T+0 aləti üzrə 37 980 manata bərabər həcm qeydə alınıb. Bu sövdələşmədə orta çəkili məzənnə 1 EUR-a 1,1660 manat təşkil edib.

Göstərilən dövr ərzində özəlləşdirmə çeklərinə olan qiymət sabit olub və keçən həftənin 13 manat səviyyəsində qalıb.

İyunun 6-da Banklararası valyuta birjasında həyata keçirilən alqı-satqının həcmi yeni tarixi maksimuma çatıb. Birjanın bütün beş illik fəaliyyəti dövründə ilk dəfə olaraq BEST-də bir alqı-satqı sessiyası zamanı 142,149 mln. dollar və ya 115,962 mln. manat ekvivalentində sövdələşmə qeydə alınıb. Ümumilikdə, iyunun 5-i üçün BEST-də elektron alış-veriş üzrə 9 iştirakçı bank arasında qeydə alınan 8 sövdələşmənin ümumi həcmi ilk dəfə olaraq 143,749 mln. (117,273 mln. manat) dollara çatıb.

İki alıvş-veriş sessiyasının yekunu üzrə USD/AZN məzənnəsi 1 ABŞ dolları üçün 0,8195 manatdan 0,8157 manatadək möhkəmlənib. Bununla yanaşı hər bir sövdələşmənin orta miqdarı 18 mln. dollardan bir qədər az təşkil edib. Valyuta seksiyasında 2006-cı il avqustun 9-da qeydə alınan tarixi maksimum təzələnib. Həmin il birjada səhər və günorta sessiyalarının yekunu üzrə alqı-satqı həcmi 91,395 mln. dollara çatmışdı.

Alqı-satqının həcm xarakteristikasının artımı xarici valyuta üzrə təklif həcminin prioritet təşkil etməsi ilə əlaqədardır. Bu il BBVB valyuta seksiyasında alqı-satqı həcmi artıq 1,206 mlrd. dolları üstələyib. Bu ekvivalent olaraq 2007-ci ildə təşkil olunan valyuta bazarı həcmindən 2/3 dəfədən də çoxdur.

Ötən həftə özəlləşdirmə çeklərinin qiyməti dəyişikliyə məruz qalmayıb və 17 manat təşkil edib.

Çeklərin istifadə müddəti 2010-cu ildə başa çatır.

Xəbər lenti

Xəbər lenti