...

Beynəlxalq Valyuta Fondu dünya iqtisadiyyatının artım templərinin azalmasını proqnozlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyul 2008 16:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyul/ Trend , müxbir A.Bədəlova/ Dünya iqtisadiyyatının artım templəri 2007-ci ildəki 5 faizdən 2008 - ci ildə 4,1 faiz, 2009-cu ildə isə, 3,9 faizədək azalacaq. Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) "Dünya iqtisadiyyatının inkişaf perspektivləri" adlı məruzəsində bildirilir. Məruzə "BVF"-in rəsmi saytında yerləşdirilib.

BVF-in proqnozlarına əsasən, 2008 -ci ildə ABŞ - da artım templəri, orta illik əsasda, 1,3 faizədək azalacaq.

BVF formalaşan bazara malik ölkələrdə və inkişafda olan ölkələrdə artım templərinin azalmasını proqnozlaşdırır. Proqnoza əsasən, bu ölkələrdə artım templəri 2007-ci ildəki 8 faizlə müqayisədə, 2008 -2009 -cu illərdə 7 faizədək azalacaq.

Məruzədə deyilir ki, dünya iqtisadi artımına baxmayaraq, həm inkişaf etmiş iqtisadiyyatlı ölkələrdə, həm də formalaşan bazara malik ölkələrdə inflyasiyanın səviyyəsi artır. İnkişaf etmiş iqtisadiyyata malik ölkələrdə 2008 - ci ilin mayında inflyasiyanın səviyyəsi 3,5 faizədək artıb. Məruzədə deyilir ki, inkişaf etmiş iqtisadiyyatlı ölkələrdə tələbatın daha zəif artması ilə inflyasiya təzyiqinin qarşısı alınacaq və birja mallarının qiymətlərinin proqnozlaşdırılan sabitləşməsinə görə, proqnoza əsasən, 2008 - ci ildə inflyasiyanın gözlənilən artımı 2009-cu ildə azalma ilə kompensasiya ediləcək.

BVF-in proqnozlarına əsasən, 2008 -2009-cu illərdə formalaşan bazara malik ölkələr və inkişafda olan ölkələrdə inflyasiya 1,5 faiz - müvafiq olaraq, 9,1 və 7,4 faizədək artacaq.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti