Azərbaycan, Bakı, 30 oktyabr/ Trend , müxbir Ü.İsmayılova/ Yanvar - sentyabrda Azərbaycanın dövlət müəssisələri və təşkilatları müsabiqə əsasında 5,68 min dövlət satınalması həyata keçiriblər. Satınalmalar üzrə Dövlət Agentliyinin hesabatında bildirilir ki, satınalmalar üzrə bağlanılmış müqavilələrin ümumi dəyəri 1,67 mlrd. manat təşkil edib.
Büdcə vəsaitləri hesabına 1,08 min müsabiqə keçirilib. Bağlanmış müqavilələrin dəyəri 318,5 mln. manat təşkil edib.
Bu dövr ərzində kredit və qrantlar hesabna ümumi dəyəri 24,71 mln. manat olan doqquz müsabiqə keçirilib.
Satınalmalar üzrə Dövlət Agentliyi 1997-ci ilin mayında, dövlət vəsaitləri hesabına mal (iş və xidmət) satınalmaları sahəsində dövlət siyasətinin həyata keçirilməsi məqsədilə yaradılıb. Agentliyin məqsədi dövlət vəsaitləri hesabına müsabiqə əsasında mal (iş və xidmət) satınalmalarının keçirilməsinin qanuniliyinə və müqavilələrin icrasına nəzarət; mövcud qanunvericilik çərçivəsində, dövlət satınalmaları sahəsində satınalmaları həyata keçirən təşkilatların mütəxəsisslərinin ixtisasının artırılması üzrə tədbirlərin təşkili; dövlət satınalmaları üzrə məlumat bazasının yaradılması, Azərbaycan qanunvericiliyinin müəyyən etdiyi digər vəzifələrin icrasıdır.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan:[email protected]