...

Azərbaycanın Unibank-ının aktivləri 25 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Dekabr 2008 20:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 dekabr/ Trend /Unibank KB, əsas maliyyə göstəriciləri üzrə sabit artımı təsdiqləyərək, 2008 - ci ilin 11 ayı üzrə maliyyə göstəricilərinə yekun vurub. Unibank-ın aktivləri, 2007- ci ilin noyabrı ilə müqayisədə 25 faiz artaraq, 443,3 mln. manat təşkil edib ki, bu da, öz növbəsində, 2008 - ci il yanvarın 1-nə olan müvafiq göstəricidən 14% çoxdur, - bankın cümə axşamı yayılmış məlumatında deyilir.

Bankın kredit portfeli il ərzində 26 faiz artaraq, 321,3 mln. manat təşkil edib ki, bu da 2008 - ci il yanvarın əvvəlinə olan göstəricidən 17 faiz artıqdır.

2008 - ci il noyabrın 30 - na olan vəziyyət üçün, bank tərəfindən cəlb edilmiş fiziki şəxslərin depozitləri 66,96 mln. manat təşkil edib. İl ərzində bu göstəricinin artımı 29 faiz, 2008 - ci il ərzində artımı  22 faiz təşkil edib.

Yanvar - noyabrın yekununa görə, bankın gəliri 72 625 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 78 faiz çoxdur. Bankın xərcləri il ərzində 91 faiz artmış və 62 860 min manat təşkil edib. Bankın balans gəliri, 2007- ci ilin analoji dövrü ilə müqayisədə 24 faiz artaraq, 9 765 min manat təşkil edib.

Dekabrın 18 - nə olan cari mübadilə məzənnəsi --0,8008 AZN/USD.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti