Azərbaycan, Bakı, 13 mart / Trend , müxbir İ.Xəlilova /
2009-cu ilin əvvəlindən Azərbaycanda deflyasiya müşahidə olunur. Bu barədə cümə günü Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev bildirib.
"Qiymət bahalaşması təkcə meyvə-tərəvəz məhsullarında müşahidə olunur ki, bu da mövsümi mahiyyət daşıyır, qalan məhsullarda isə ucuzlaşma müşahidə olunur", - deyə Vəliyev vurğulayıb.
Onun sözlərinə görə, yanvar-fevral ərzində deflyasiya ötən ilin dekabr ayı ilə müqayisədə 1,4 faiz təşkil edib.
İnflyasiyanın hesablanması üçün ərzaq səbətinə 570 ərzaq və qeyri-ərzaq malları və xidmət növləri daxil edilib.
Hökumətin gözləntilərinə görə, 2009-cu ilin yekununda inflyasiya on faizi ötməyəcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]