...

Gürcüstanda Milli Statistika Xidməti yaradılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Mart 2009 17:36 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 19 mart / Trend , müxbir N.Kirtisxaliya /

Gürcüstanda dövlət stastistika üzrə islahat keçiriləcək. "Dövlət Statistikası haqqında" qanun layihəsinə müvafiq olaraq müstəqil hüquqi idarə - Milli Statistika xidməti yaradılacaq. 

Xidmətin müşahidə orqanı müşahidə şurası, məsləhətçi orqanı isə texniki komitə olacaq.

Qanun layihəsinə müvafiq olaraq müşahidə şurası səkkiz nəfərdən ibarət olacaq ki, onlardan da biri sədr olacaq. Sədri və dörd üzvü vəzifəyə parlamentin razılığı ilə prezident təyin edəcək. Digər üç üzv isə maliyyə naziri/nazir müavini, Milli Bankın prezidenti/vitse-prezident, iqtisadi inkişaf naziri/nazir müavini olacaq.

İnstitusional yaddaşın saxlanması məqsədi ilə müşahidə şurasının heyəti mərhələlərlə yeniləşdiriləcək. Gürcüstanın milli statistika fəaliyyəti hökumətin formalaşdırdığı müqaviləyə əsaslanacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti