...

Azercell abunəçiləri üçün yeni kampaniyaya başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 May 2009 12:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 may / Trend /

Azərbaycanın mobil rabitə operatoru Azercell Telecom MMC abunəçiləri üçün yeni kampaniya keçirir. Azercell-in məlumatında bildirilir ki, 1 may tarixindən etibarən SimSim, GencSim və BizdenBize abunəçiləri üçün kampaniya çərçivəsində bu kampaniyaya qoşulan bütün abonentlər şəbəkə daxili zənglərdə ilk 3 dəqiqəyə görə yalnız 30 kontur ödəyəcəklər.

3 dəqiqədən sonrakı danışıq  müddətində isə hesablama abonentin tarif paketinə uyğun olaraq aparılır.
Kampaniya müddətində abonentlər ürəkləri istəyən qədər bu kampaniyaya qoşula, ya da ondan çıxa bilərlər.

Bunun üçün sadəcə 7575 qısa nömrəsinə SMS göndərmək lazımdır. Kampaniyaya qoşulmaq üçün "3deqiqe" mətnini, kampaniyadan çıxmaq üçünsə "0" işarəsini 7575  nömrəsinə qısa mesaj şəklində göndərmək lazımdır. Bu mesajlar üçün abonent tarif paketinə uyğun olan standart SMS qiymətini ödəyir.

"3 dəqiqə=30 kontur!" kampaniyasına qısa nömrələrə və rouminqdə olarkən edilən zənglər şamil olunmur. Dost-Tanış nömrələrinə edilən zənglər də əvvəlki tarif paketinə, yəni Dost-Tanış kampaniyasının tariflərinə uyğun olaraq hesablanır.

Azercell Telecom Azərbaycanın iri GSM operatorudur və 3,5 milyondan çox abunəçiyə xidmət göstərir.

Xəbər lenti

Xəbər lenti