Azərbaycan, Bakı, 10 aprel / Trend , müxbir Ü.İsmayılova/
Azərbaycana gələn turistlərin sayında azalma hiss olunmur. Bu barədə bazar ertəsi mədəniyyət və turizm naziri Əbulfəs Qarayev bildirib.
"Tariflər hələ ki, əvvəlki səviyyədə qalır, lakin yayadək onların azaldılması gözlənilir", - deyə nazir bildirib.
Hazırda, onun sözlərinə görə, yerli əhali üçün "biz turst xidməti tariflərini sabitləşdiririk, iri şəbəkələrə gəldikdə isə bu bizim səlahiyyətimizdə deyil".
"Dünya böhranı turizm sahəsində reallaşdırılan layihələrin gedişatına təsir göstərməyib, nazirlik heç bir layihəni dayandırmayıb, bütün inşa işləri davam etdirilir", - deyə Qarayev bildirib.
Azərbaycanda 2007-ci ildən turizmin ölkə iqtisadiyyatının qeyri-neft sektorunun mühüm istiqamətlərindən biri kimi inkişafı üçün işlər aparılır. Xüsusilə, turizm marşrutları hazırlanıb, ölkənin beynəlxalq sərgilərdə iştirakı təmin edilib. Bakıda yerli və xarici turizm şirkətlərinin iştirakı ilə təqribən 50 beynəlxalq sərgi keçirilib. Bütün bu işlərin həyata keçirilməsi nəticəsində ölkəyə gələnlərin sayı iki dəfə artıb. Türizmin inkişafı və bu sahəyə cəlb edilmiş kadrların ixtisasının artırılması məqsədi ilə 2008-2016-cı illərin Dövlət Proqramı qəbul edilib. Proqramın əsas məqsədi turizmin inkişafı sahəsində dövlət siyasətinin reallaşdırılması, sosial-iqtisadi inkişaf sahəsində turizm resurslarından istifadə və turizmin ölkə iqtisadiyyatının aparıcı sahələrindən biri kimi tanınmasından ibarətdir.
Azərbaycanda təqribən 250 turizm şirkəti və 300 turizm obyektifəaliyyət göstərir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]