...

Azərbaycan iqtisadiyyatı dayanıqlılığını qoruyub - Hesablama Palatasının sədri

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 May 2009 17:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 may / Trend , müxbir İ.Хəlilova /

"Azərbaycan iqtisadiyyatı dünya maliyyə böhranı şəraitində nəinki dayanıqlılığını qoruyub, həmçinin 2008-ci ildə yeni strateji hədəflərinə çatıb", - cümə günü, 2008-ci il büdcəsinin yerinə yetirilməsi layihəsinin parlamentdəki müzakirəsi zamanı, Hesablama Palatasının sədri Heydər Əsədov deyib.

"Əvvəlki illərdə olduğu kimi dövlətin əsas hədəfi makroiqtisadi sabitliyin təminatı, inflyasiyanın qarşısını almaqı, ÜDM-in artımına görə dünyada rekord səviyyəyə çatmaq olub. Bununla yanaşı dövlət ərzaq və enerji təhlükəsizliyinin təminatı, sahibkarlığa, aqrar sektora dövlət dəstəyinin artırılması və bir sıra başqa strateji məqsədlərə nail olmağa çalışır", - Əsədov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda ÜDM-in artım səviyyəsinin 10,8 faizə bərabər olmasına baxmayaraq, qeyri-neft sahəsində ÜDM-in artımı 15,7 faiz təşkil edib. Bu da öz növbəsində ölkənin neftdən asılı olması və qeyri-neft sektorunun inkişafının olmaması barədə fikirləri aradan qaldırıb.

"2008-ci ildə Azərbaycan iqtisadiyyatının inkişafında baş rolu öz üzərinə qeyri-neft sektoru götürüb, - Əsədov deyib. - Bunun nəticəsi kimi, dünya böhranı Azərbaycan iqtisadiyyatında və cəmiyyətdə elə də hiss olunmurdu. Hətta istehlakın qlobal azalmasına rəğmən ölkə əhalisinin ucuz məhsullarla təminatı və aztəminatlı insanların rifahının yüksəldilməsi mümkün olub".

Onun fikrincə, mərkəzləşmiş mexanizm əsasında makroiqtisadi və fiskal siyasətin həyata keçirilməsi hökümətin həyata keçirdiyi tədbirləri səmərəli edib. Bir tərəfdən dövlət ərzaq və enerji təhlükəsizliyinin təminatı, sahibkarlığa dəstək üzrə tədbirlər həyata keçirib, digər tərəfdən makroiqtisadi və kurs siyasətini nəzarətdə saxlayıb ki, bu da ölkədə böyük iqtisadi irəliləyişlərə nail olmaq imkanı verib.

"Böhran dövründə daha bir nəzərəçarpan fakt ölkə iqtisadiyyatına sərmayə qoyuluşlarının 38 faiz artmasıdır. Bu, daxili sərmayələrin 34 faiz artırılması hesabına əldə olunub. Baxmayaraq ki, böhran zamanı başqa ölkələrdə sərmayələrin azalması baş verir", - Hesablama Palatasının sədri deyib.

Hesabat dövründə dövlət büdcəsinin gəlirləri proqnozları 278 milyon manat qabaqlayıb ki, bu da nəinki büdcə tapşırıqlarının yerinə yetirilməsinə, həmçinin 2009-cu il üçün lazımi ehtiyatın toplanılmasına imkan verib.

"Azərbaycanın bütün müstəqillik dövrü ərzində ilk dəfə büdcə gəlirlərinin ÜDM-ə nisbətdə xüsusi çəkisi 28,3 faizə çatıb ki, bu da bizi Avropa ölkələrinin səviyyəsinə yaxınlaşdırır", - Əsədov bildirib.

Ötən illərdəkindən fərqli olaraq vergi daxilolmaları istiqamətində büdcə tapışırıqlarının yerinə yetirilməsi müşahidə olunur. Yalnız müəyyən geriləmə fiziki şəxslərdən gələn gəlirlərdə hiss olunur ki, bu da PSA çərçivəsində çalışanların sayının azalması, bu verginin ödənilməsi üzrə şkalanın dəyişdirilməsi, həmçinin maaş bəndində qənaət hesabı ilə bağlı olub.

2008-ci ildə büdcənin xərclər hissəsinin 97,4 faiz səviyyəsində yerinə yetirilməsi, onun sözlərinə görə, optimal səviyyə hesab olunur.

"Dünya maliyyə böhranı şəraitində xərclərə qənaət və lazımsız xərclərin aradan qaldırılması optimal fakt hesab edilir, - Əsədov deyib. - Büdcə vəsaitlərinə qənaətin əsas səbəbi büdcə təşkilatlarında ştatın tam doldurulmaması olub".

Büdcənin xərclər hissəsinin 97,4 faiz səviyyəsində yerinə yetirilməsinə baxmayaraq, bütün dövlət proqramları yerinə yetirilib, nəzərdə tutulan islahatlar həyata keçirilib və borclar yaranmayıb. Bu da 2009-cu ildə də belə siyasətin həyata keçirilməsini optimal hesab etmək imkanı verir.

Bununla yanaşı, o, hesab edir ki, ötən ilin sonuna qədər büdcə vəsaitlərinin böyük həcmdə xərclənməsinə yol verilib. Bu, dövlət borclanmasına daxil edilməyən büdcə təşkilatlarının borclarının yaranması, avans ödəmələrinin, bir sıra nazirliklər tərəfindən dövlət sifarişlərinə xərclərin artırılması və s.-dir.

2008-ci ilin yekunlarına əsasən ümumi büdcənin gəlirləri 2,4 dəfə artaraq 19,52 milyard manata, xərclər isə 97,6 faiz artımla 12,464 milyard manata çatıb.

Dövlət büdcəsinin gəlirləri 79,9 faiz artımla 10,763 milyard manat, xərclər isə 77 faiz artımla 10,774 milyard manat olub. Əsədovun sözlərinə görə, büdcənin gəlir hissəsi 102,7 faiz, xərc hissəsi 97,4 faiz yerinə yetirilib. Qeyri-neft sektorundan daxilolmalar 2007-ci illə müqayisədə 42,8 faiz və ya 1,039 milyard manat artıb. Qeyri-neft gəlirlərinin xüsusi çəkisi 0,4 faiz artaraq 19,9 faiz təşkil edib.

Bununla yanaşı, 2008-ci ildə Vergilər Nazirliyi vergi yığımı üzrə proqnozların 105,9 faizini, Dövlət Gömrük Komitəsi 100,1 faizini yerinə yetirib. Dövlət Neft Fondunun transfertləri isə tam - 3,8 milyard manat həcmində köçürülüb.

Ötən il büdcə xərclərinin 27,5 faizi və ya 2,958 milyard manatı dövlət büdcəsinin sosial müdafiəli maddələrinin maliyyələşdirilməsinə yönəldilib. 2007-ci illə müqayisədə onların həcmi 44 faiz artıb.

Dövlət büdcəsinin kəsiri 11,562 milyon manat və ya ÜDM-in 0,03 faizi həcmində olub.

Məqalə çüəllifi ilə əlaqə ünvünı: [email protected]

Xəbər lenti

Xəbər lenti