...

Azərbaycanın Gömrük Komitəsi MDB ölkələri ilə ticarət dövriyyəsinin həcmini açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyun 2009 12:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 iyun / Trend , müxbir Ü.İsmayılova /

Yanvar-mayda MDB ölkələrindən Azərbaycana 673,77 milyon dollar dəyərində məhsul idxal olunub və bu, ölkənin ümumi idxalatının 29,79 faizini təşkil edir, şənbə günü Dövlət Gömrük Komitəsindən bildiriblər.

MDB-dən Azərbaycana taxıl bitkiləri (ümumi idxalatın 13,59 faizi), quru nəqliyyat vasitələri (9,11 faizi), elektrik maşınlar, avadanlıqlar və onların ehtiyat hissələri (14,36 fazi) və digər məhsullar gətirilib.

Azərbaycandan MDB-yə ixrac olunan məhsulların ümumi məbləği 613,18 milyon dollar təşkil edib (ümumi ixracatın 13,36 faizi).

MDB ölkələrinə əsasən mineral yanacaq, neft məhsulları, bitum mineralları (ümumi ixracatın 66,14 faizi), tərəvəzlər (2,31 faiz), heyvan və bitki yağları (8,47 faiz) və başqa məhsullar ixrac olunub.

MDB ölkələri ilə ixrac-idxal əməliyyatları üzrə 605,92 milyon dollar məbləğində mənfi saldo yaranıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti