...

Azərbaycanın Vergilər Nazirliyi 33 vakant vəzifə üzrə müsabiqə elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyul 2009 13:25 (UTC +04:00)
Azərbycanın Vergilər Nazirliyi (VN) ölkənin vergi orqanlarında işləmək istəyənlər üçün müsabiqənin başladığını elan edib. Bu barədə Azərbaycan VN-nin mətbuat katibi Fariz Səmədov məlumat verib.
Azərbaycanın Vergilər Nazirliyi 33 vakant vəzifə üzrə müsabiqə elan edib

Azərbaycan, Bakı, 24 iyul / Trend , müxbir N. ismayılova /

Azərbycanın Vergilər Nazirliyi (VN) ölkənin vergi orqanlarında işləmək istəyənlər üçün müsabiqənin başladığını elan edib. Bu barədə Azərbaycan VN-nin mətbuat katibi Fariz Səmədov məlumat verib.

"Müsabiqəyə elektron ərizələrin qəbulu avqustun 3-dən 16-dək davam edəcək. İştirak etmək istəyənlər göstərilən müddətdə ərizələrini nazirliyin rəsmi saytı vasitəsilə təqdim etdə bilərlər", - Səmədov deyib.    

Onun sözlərinə görə, müsabiqədə yalnız hərbi xidmətə tam yararlı, iqtisadiyyat, hüquq, idarəetmə, informatika və beynəlxalq münasibətlər ixtisas sahələrindən birinə malik olan vətəndaşlar iştirak edə bilərlər.

Sənədləri qəbul edilən namizədlər 26 vaqustdan 28 avqustadək imtahana buraxılış vərəqələrini Vergilər Nazirliyinin inzibati binasından götürməlidirlər.

Vakant vəzifələrin sayı 33-dür, lakin say müsabiqə keçirilməsinin sonuna qədər dəyişdirilə bilər. Onlardan biri Mərkəzi Aparatda, qalanları isə Nazirlik yanında digər strukturlardadır. 

"33 vakant yerdən 4-ü Bakıda, qalanları ölkənin regionlarındadır", - Səmədov deyib.

Müsabiqə iki mərhələdən - test imtahanı və müsahibədən ibarət olacaq. Test imtahanı avqustun 30-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçiriləcək.

"İştirakçılara 100 test sualı təqdim olunacaq. Onlardan 80-i Azərbaycan qanunvericiliyinin müxtəlif sahələrini əhatə edəcək, 20 sual isə məntiqdən olacaq", - o deyib.

70 baldan çoxunu toplayan iştirakçılar birinci mərhələni keçəcəklər və sentyabrın 7-9-da keçirilən müsahibəyə buraxılacaqlar. Müsahibəni aparacaq Komissiya 9 nəfərdən ibarət olacaq. Onlardan biri vergilər nazirinin müavini olacaq.

Müsahibənin nəticələri sentyabrın 10-da KİV-də elan olunacaq.  

Vergilər Nazirliyində qulluğa müsabiqə vasitəsilə qəbul 2005-ci ildən başlayıb. Bu müddət ərzində nazirliyə 3114 ərizə verilib, onlardan 288 nəfəri işlə təmin olunub. 2008-ci ildə işə qəbul edilən əməkdaşların sayı 146 nəfər olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti