...

Azərbaycan bankı Parabank əməkdaşları üçün treninqləri davam etdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Avqust 2009 18:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 avqust / Trend /

"Azərbaycan bankı "Parabank" ASC "front office" bank əməkdaşları üçün "Plastik kartlar və əmanətlər" mövzusunda treninq təşkil edib", - çərşənbə axşamı bankın yaydığı məlumatda deyilir.

Tədbirdə bankın baş ofis və Bakı şəhər filiallarından bank xidmətlərinin satışı ilə məşğul olan 45 əməkdaş iştirak edib. Treninqin əsas mövzusu müştərilərlə davranışın təkmilləşdirilməsi, xidmətin keyfiyyətinin və sürətinin artırılması, eləcə də plastik kartlar olub. Treninq iştirakçıları, həmçinin müştəri məmnunluğunun və loyallığının artırılmasını təmin edən qarşılıqlı əlaqə üsullarını mənimsəyib.

"Qeyd etmək lazımdir ki, təlim iştirakçıları əsasən satışa buraxılan yeni VISA kartlarının - VISA Platinum və VISA Infinity - təqdimatı, növündən asılı olaraq üstün cəhətlərinin müqayisəsi, eyni kartda həm debet, həm də kredit xüsusiyyətlərinin cəmləşdirilməsi, plastik kartların xidmət tariflərinin müzakirəsi, əməliyyatçıların kart proqramında işi, kredit kartlarının limitlər üzrə avtorizasiyası və s. barədə məlumatlandırılıblar", - "Parabank" ASC-nin Plastik kartlar şöbəsinin aparıcı mütəxəssisi Könül Əliyeva qeyd edib.

Bankın müntəzəm olaraq təşkil etdiyi treninqlər məhz göstərilən xidmətlərin effektivliyinin, həmçinin bütövlükdə korporativ mədəniyyətin səviyyəsinin artırılmasına yönəldilir.

Xəbər lenti

Xəbər lenti