...

Azərbaycan bankının aktivləri yeddi ay ərzində dörddə bir dəfə artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Avqust 2009 15:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 avqust / Trend /

Azərdəmiryolbank-ın aktivləri 2009-cu ilin avqust ayında 223,9 milyon manat təşkil edib ki, bu ötən ilin müvafiq dövründəki göstəricidən 22,5 milyon manat və ya 11,2 faiz çoxdur, bu barədə bankın çərşənbə günü yayılan məlumatında deyilir. Bankın kredit portfelinin həcmi də il ərzində artaraq 166,4 milyon manat təşkil edib.

Azərdəmiryolbank-ın müştəri depozitlərinin ümumi məbləği ötən ilin müvafiq dövründəki göstəricidən 23 faiz və ya 11,8 milyon manat artaraq bu ilin avqust ayının 1-də 63,1 milyon manat təşkil edib. 

Əhalinin əmanətlərinin məbləği 53,8 milyon manata bərabər olub, hesabat dövründə sözügedən göstəricinin artımı 38,8 faiz və ya 15 milyon manat təşkil edib ki, bu da bankın uğurlu fəaliyyətinin daha bir göstəricisidir, məlumatda deyilir.

2009-cu il avqust ayının 1-nə Azərdəmiryolbank-ın nizamnamə kapitalı 16,4 milyon manat, ümumi kapitalı isə 39,6 milyon manat təşkil edib.

Azərdəmiryolbank 1989-cu ildə təsis edilib. Bankın səhmdarları arasında Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiyanın Maliyyə İnkişaf Şirkəti (FMO) yer alır. Paytaxt Bakıda və regionlarda bankın 31 filialı və şöbəsi fəaliyyət göstərir.

Avqustun 26-na olan rəsmi məzənnə 0,804 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı:  [email protected]

Xəbər lenti

Xəbər lenti