...

Azərbaycanda Avropanın boya istehsalı üzrə şirkətinin filialı qeydiyyatdan keçib

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Sentyabr 2009 14:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 sentyabr / Trend , müxbir N.İsmayılova /

Azərbaycanda "vahid pəncərə" vasitəsilə Avropanın boya istehsalçı şirkəti Jub in Caspian-nın filialı qeydiyyatdan keçib, bu barədə Azərbaycan Vergilər Nazirliyinin "vahid pəncərə" bölməsində deyilir.

Filialın təsisçisi Sloveniyanın Jub və ООО In Caspian şirkətidir. Təşkilat 2009-cu ilin avqustun 28-də vergi orqanlarında dövlət qeydiyyatından keçib. Şirkətin nizamnamə kapitalı 100 manat təşkil edir.

JUB Sloveniyanın uzun müddətdir fəaliyyət göstərən müəssisələrindən biridir, onun əsası 19-cu əsrdə qoyulub və artıq 130 ildən çoxdur ki, boya istehsalı ilə məşğul olur.

JUB şirkəti ən mühüm bazarlarda yerləşən və şirkətin xidmət və məhsullarının tədarük edildiyi iki istehsal müəssisəsi, hazırlama mərkəzi, həmçinin bir sıra ticarət müəssisələrini birləşdirən holdinq çərçivəsində fəaliyyət göstərir. JUB beynəlxalq korporasiyası 2010-cu ilin sonuna kimi 100 milyon avro həcmində dövriyyəyə nail olmağı planlaşdırır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti