...

İranla Azərbaycan arasında sərmayə qoyuluşu haqqında razılıq imzalanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Oktyabr 2009 14:15 (UTC +04:00)
İranın İqtisadiyyat Nazirliyinin xarici iqtisadi əlaqələr şöbəsinin müdiri Sadiq Əkbərinin Fars informasiya agentliyinə verdiyi məlumata görə, ölkə Rusiya, Azərbaycan, Tacikistan və Qazaxıstanla iqtisadi əməkdaşlıq haqqında 12 sənəd imzalayıb.
İranla Azərbaycan arasında sərmayə qoyuluşu haqqında razılıq imzalanıb

Azərbaycan, Bakı, 03 oktyabr / Trend /

İranın İqtisadiyyat Nazirliyinin xarici iqtisadi əlaqələr şöbəsinin müdiri Sadiq Əkbərinin Fars informasiya agentliyinə verdiyi məlumata görə, ölkə Rusiya, Azərbaycan, Tacikistan və Qazaxıstanla iqtisadi əməkdaşlıq haqqında 12 sənəd imzalayıb.

Əkbərinin sözlərinə görə, bu sənədlər ölkənin Gilan əyalətində keçirilən Ticarət Palatasının iclasında imzalanıb.

O deyib ki, İran da qonşu ölkələr kimi MDB ölkələri ilə iqtisadi əməkdaşlığa üstünlük verir.

Onun sözlərinə görə, İranla Azərbaycan arasında sərmayə qoyuluşu haqqında razılıq imzalanıb. "Hazırda Azərbaycanla vergi və gömrük rüsumundan azadolma barədə danışıqlar aparılır". - Əkbəri deyib.

"Tacikistanla da analoji hal yaşanıb. Rusiya ilə də belə bir sənəd imzalanıb. Sərmayə qoyuluşu haqqında razılıq isə komissiyanın növbəti iclasında imzalanacaq", - o qeyd edib.

Əkbəri deyib ki, Qazaxıstanla da sərmayə qoyuluşu, vergi və gömrük rüsumundan azad olma barədə sənəd imzalanıb.

Xəbər lenti

Xəbər lenti